
- A-
- A
- A+
Arda Gülərin yeni müqavilə imzalamasına Mbappedən zarafatcıl reaksiya – Foto
"Real Madrid" klubunun türkiyəli yarımmüdafiəçisi Arda Gülərlə müqaviləni 2032-ci il iyunun 30-dək uzatması rəsmi açıqlandıqdan sonra komandanın ulduz hücumçusu Kilian Mbappe bu xəbərə ilk reaksiya verənlərdən biri olub.
Bizim.Media xəbər verir ki, fransalı futbolçu Arda Gülərin İnstaqram paylaşımının altına zarafatla "Təşəkkürlər, bu gecə daha rahat yatacağam" şərhini yazıb.
Adı Avropanın digər nəhəng klubları ilə hallanan gənc istedadla müqaviləni daha 6 mövsüm uzadan Madrid təmsilçisi layihəsinin əsas fiqurlarından birini komandada saxlamağı təmin edib.
Mbappenin zarafatyana şərhi iki futbolçu arasında meydanda və paltardəyişmə otağında formalaşan sıx dostluq və peşəkar anlaşmanın göstəricisi kimi qiymətləndirilir. Fransalı forvard daha əvvəl də Ardanın "sehrli toxunuşlarını" və komanda üçün əhəmiyyətini dəfələrlə vurğulamışdı.
Mbappenin bu cavabı qısa zamanda "Real Madrid" azarkeşləri arasında viral olub. Tərəfdarlar həm Arda Gülərin komandada qalmasını, həm də ulduz futbolçular arasındakı səmimi mühiti böyük sevinclə qarşılayıblar.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































