Azərbaycan güləşçiləri Ermənistana gedəcək

Azərbaycan güləşçiləri Ermənistana gedəcək

Hazırda oxunan: Azərbaycan güləşçiləri Ermənistana gedəcək
648416
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan güləşçiləri Ermənistanda keçiriləcək Avropa çempionatında iştirak edəcək.

Bizim.Media prosport.Az-a istinadən xəbər verir ki, 25 noyabr – 1 dekabr tarixlərində qonşu ölkədə deflimpiyaçılar arasında güləş üzrə Avropa çempionatı keçiriləcək.

Azərbaycan Milli Deflimpiya Komitəsi Avropa Karlar İdman Təşkilatının (EDSO) üzvü olduğundan, idmançılarımız bu yarışda iştirak edə biləcək. Böyüklər, gənclər və yeniyetmələr arasında baş tutacaq yarış eşitmə qüsurlu güləşçilər arasında keçiriləcək.

Avropa çempionatı böyüklər arasında 8-ci, yeniyetmə və gənclər arasında 5-ci, qadınlar arasında isə ilk qitə birinciliyi olacaq. Yarışın məkanı kimi fərqli mənbələrdə Ermənistanın paytaxtı Yerevan (İrəvan), 3-cü böyük şəhəri Vanadzor (Böyük Qarakilsə) və ya kurort dağ şəhərciyi Tsaxkadzor (Dərəçiçək) göstərilib.
 

Azərbaycanın bu yarışda iştirakı ölkə rəhbərliyi səviyyəsində razılaşdırılıb. Daha öncə 27 iyul – 2 avqust tarixlərində 17 yaşadək güləşçilərin (U-17) Bakıda keçirilən dünya çempionatında Ermənistanın 16 idmançısı (6 sərbəst, 10 yunan-Roma güləşçisi) iştirak etmişdi. Yunan-Roma güləşçilərindən Canes Nəzəryan (71 kq) qızıl, Ararat Avetisyan (48 kq) və Qevorq Harutyunyan (51 kq) Bakı xalçasında bürünc medal qazanmışdı.


Qeyd edək ki, Milli Deflimpiya Komitəsinin İdarə Heyətinin sədri ötən ayın 19-da səhiyyə naziri təyin olunmuş Anar Bayramovdur. Komitənin prezidenti funksiyasını isə Əli Qurbanlı icra edir.

Xatırladaq ki, EDSO 11-12 noyabr tarixlərində Bakıda cüdo üzrə Avropa çempionatı da təşkil edib. Burada Avropanın 12 ölkəsindən 77 cüdoçu tatami üzərinə çıxıb.

Sonda onu da bildirək ki, ölkələr arasında münasibətlərin düzəlməsi səbəbindən Azərbaycanın karate üzrə yeniyetmə, gənclər və U-21-lərdən ibarət komandasının 5-7 fevralda İrəvanda keçiriləcək Avropa çempionatında iştirakı da gözlənilir.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO