Azərbaycan dili və informatika dövlət qulluğu imtahanından çıxarılır? - Rəsmi açıqlama

Azərbaycan dili və informatika dövlət qulluğu imtahanından çıxarılır? - Rəsmi açıqlama

Hazırda oxunan: Azərbaycan dili və informatika dövlət qulluğu imtahanından çıxarılır? - Rəsmi açıqlama
648414
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bir sıra KİV-lərdə dövlət qulluğu imtahanında iki fənnin – Azərbaycan dili və informatikanın ləğv edilməsi ilə bağlı fikirlər səsləndirilib.

Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat katibi Xanlar Xanlarzadə Trend-in sorğusuna cavab olaraq bildirib ki, qeyd olunan məlumatın heç bir hüquqi əsası yoxdur.

Onun sözlərinə görə, Azərbaycan Respublikasının Dövlət Qulluğu Məcəlləsinin 23.8-ci maddəsinə əsasən, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirilmənin aparılması və “Dövlət qulluğu sertifikatı”nın verilməsi qaydası Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək.
 

“Azərbaycan Respublikası Dövlət Qulluğu Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2026-cı il 16 oktyabr tarixli 490-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanında sözügedən qaydaların hazırlanması üçün beş ay müddət müəyyən edilib.


Xanlar Xanlarzadə qeyd edib ki, test imtahanının məzmunu ilə bağlı məsələlər müəyyən edildikdən sonra həmin qaydalarda öz əksini tapacaq.

Beləliklə, dövlət qulluğu imtahanında Azərbaycan dili və informatika fənlərinin ləğv edilməsi ilə bağlı hazırda hər hansı hüquqi qərar yoxdur. İmtahanın məzmunu və fənlərlə bağlı məsələlər müvafiq qaydalar hazırlanaraq təsdiq edildikdən sonra müəyyənləşəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO