"Sahar Azəri" Diyarbəkirdəki dini tədbiri Azərbaycanla bağlı aksiya kimi təqdim edib

Hazırda oxunan: "Sahar Azəri" Diyarbəkirdəki dini tədbiri Azərbaycanla bağlı aksiya kimi təqdim edib
641769
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İranın dövlət televiziya və radio qurumu olan IRIB-in Azərbaycan dilində yayımlanan “Sahar Azəri” kanalında guya Türkiyədə ölkəmizlə bağlı aksiya keçirilməsi barədə yanlış məlumat yayılıb. 

Bizim.Media “qafqazinfo.az”a istinadla xəbər verir ki, kanalın “YouTube” hesabında Türkiyənin Diyarbəkir şəhərində keçirilən dini tədbir “Türkiyədə azərbaycanlı hicablılara dəstək üçün aksiya keçirilir” kimi qələmə verilib.

Əslində isə həmin görüntülər oktyabrın 11-də Diyarbəkirin Sur bölgəsində keçirilən “Niyet Ettim Tesettüre, Emrin Başım Üstüne” adlı dini proqrama aiddir.

Dünya Qız Uşaqları Gününə təsadüf edən bu tədbir isə ilk dəfə hicab bağlayan gənc qızlar üçün təşkil olunan xüsusi bir mərasimdir. Mərasim çərçivəsində yüzlərlə gənc qız əllərində bayraqla yürüş keçirib, dini şüarlar səsləndirib. 
 

Tədbirin keçirilməsində məqsəd hicaba yeni başlayanlara dəstək vermək və dini dəyərləri vurğulamaqdır.


Qeyd edək ki, bu cür tədbirlər son illərdə Diyarbəkirdə və Türkiyənin bəzi digər şəhərlərində müntəzəm keçirilir və dini cəmiyyətlər tərəfindən təşkil olunur.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO