ADY “Kitab Dayanacağı” layihəsinə start verdi – VİDEO

ADY “Kitab Dayanacağı” layihəsinə start verdi – VİDEO

Hazırda oxunan: ADY “Kitab Dayanacağı” layihəsinə start verdi – VİDEO

622646

Bu gündən etibarən Azərbaycan Dəmir Yollarının (ADY) Bakı Dəmiryol Vağzalının gözləmə zalında "Kitab Dayanacağı" layihəsi fəaliyyətə başlayıb.

Bizim.Media xəbər verir ki, layihənin məqsədi sərnişinlərin gözləmə və səfər vaxtını daha maraqlı, faydalı və mənalı keçirməsinə şərait yaratmaqdır.

"Kitab Dayanacağı"ndan istifadə qaydası olduqca sadədir. Sərnişinlər rəfdə müxtəlif dillərdə və janrlarda təqdim olunan kitablar arasından istədiklərini heç bir qeydiyyat və ödəniş etmədən seçə bilərlər. Kitabları həm gözləmə zalında, həm də qatarla səfər zamanı oxumaq mümkündür.

Oxu başa çatdıqdan sonra kitabın yenidən "Kitab Dayanacağı"na və ya qatar bələdçisinə qaytarılması xahiş olunur ki, digər sərnişinlər də onlardan istifadə edə bilsinlər.

Layihə çərçivəsində vətəndaşlar da öz töhfələrini verə bilərlər. Belə ki, oxuduqları və başqalarına tövsiyə etdikləri kitabları "Kitab Dayanacağı" fonduna əlavə etmək istəyənlər onları Bakı Dəmiryol Vağzalındakı Məlumat Mərkəzinə təhvil verə və ya ADY ilə birbaşa əlaqə saxlaya bilərlər.

ADY sərnişinləri kitabları qorumağa və növbəti oxuculara ötürməklə bu təşəbbüsün davamlı olmasına dəstək verməyə çağırır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO