Təcili Almaniyaya aparılan Hacıbala Abutalıbov danışdı: “Qaxda dincəlirəm”

Təcili Almaniyaya aparılan Hacıbala Abutalıbov danışdı: “Qaxda dincəlirəm”

Hazırda oxunan: Təcili Almaniyaya aparılan Hacıbala Abutalıbov danışdı: “Qaxda dincəlirəm”
45019
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Şükürlər olsun ki, səhhətimdə heç bir problem yoxdur. Hər şey qaydasındadır. Hazırda Qaxdakı bağımda Ordubaddan gətirilən ağacları əkməklə məşğulam”.

Bizim.Media xəbər verir ki, bunu "modern.az”a açıqlamasında səhhətinin ağır olması səbəbindən Almaniyaya aparıldığı iddia olunan Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbov bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Hacıbala Abutalıbov təcili Almaniyaya aparıldı - SƏBƏB


Təcili Almaniyaya aparılması ilə bağlı iddiaları qəbul etməyən sabiq başçı səyahətə çıxdığını vurğulayıb:

"Oğlum və nəvələrimlə Almaniyada aktiv istirahətdə idim. Münhendə oldum, meriyanın möhtəşəm binasını, görməli yerləri gəzdim. İldə 1 dəfə məcburi müayinə olunmalıyam. Yenə də övladlarımın təkidilə müayinədən keçdim.

Burada hansısa ağırlaşmış xəstəlikdən söhbət getmir. Nəticələr də tam qaydasındadır. Oradan da Türkiyəyə, o biri oğlumun yanına getdim. Hazırda da Qaxda dincəlirəm, sağ-salamatlıqdır. Hamıya da belə aktiv istirahət arzulayıram”.
 

Keçmiş mer noyabrın 10-da mərhum qardaşının il mərasimində iştirak etmək üçün Bakıya qayıdacağını qeyd edib.


O, həmçinin, uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkən həyat yoldaşının da səhhətinin normallaşdığını, mütəmadi həkim nəzarətində olduğunu deyib.

Qeyd edək ki,  mediada H. Abutalıbovun ağır vəziyyətdə Almaniyaya aparılması ilə bağlı məlumatlar yayılmışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO