Azərbaycandan Qazaxıstana gedənlərin DİQQƏTİNƏ

Azərbaycandan Qazaxıstana gedənlərin DİQQƏTİNƏ

Hazırda oxunan: Azərbaycandan Qazaxıstana gedənlərin DİQQƏTİNƏ
34286
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında 2 oktyabr 2009-cu il tarixdə imzalanmış vətəndaşların qarşılıqlı vizasız gediş-gəlişi haqqında Sazişə Protokol şəklində dəyişikliklər edilib.

Bu barədə Bizim.Media-ya Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə əlaqələr idarəsinin məlumat verilib.

Bildirilib ki, həmin Protokolla Dövlət Miqrasiya Xidmətinin səlahiyyətlərinə aşağıdakı dəyişiklik olunub:

- Bir Tərəfin dövlətinin vətəndaşı digər Tərəfin dövlətinin ərazisində 30 gündən artıq müddətdə qaldıqda, həmin vətəndaş qaldığı tərəfin dövlətinin milli qanunvericiliyinə uyğun olaraq həmin dövlətin səlahiyyətli qurumlarında qeydiyyatdan (yerləşmə yeri üzrə uçota durmaq) keçməlidir.

Bununla da Azərbaycan Respublikasında 30 gündən artıq müvəqqəti olmaq istəyən Qazaxıstan Respublikasının vətəndaşları bu müddət ərzində olduqları yer üzrə qeydiyyata düşməlidirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO