Azərbaycanda dövlət qulluqçularının reyestri aparılacaq

Azərbaycanda dövlət qulluqçularının reyestri aparılacaq

Hazırda oxunan: Azərbaycanda dövlət qulluqçularının reyestri aparılacaq
249841
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dövlət qulluqçularının reyestri aparılacaq.

Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Fərman imzalayıb.
 

Fərmanla dövlət qulluqçularının reyestrinin aparılması qaydası təsdiqlənib.


Nazirlər Kabineti Fərmandan irəli gələn məsələləri həll edəcək.

Dövlət orqanları və “Publik hüquqi şəxslər haqqında” qanunun 6.4-cü maddəsinə uyğun olaraq müvafiq publik hüquqi şəxslər struktur qurumlarında qulluq keçən dövlət qulluqçuları, stajçı kimi və sınaq müddəti ilə qulluğa qəbul edilmiş şəxslər barəsində məlumatların “Dövlət qulluqçularının reyestri” informasiya ehtiyatına ötürülməsini və daxil edilməsini altı ay müddətində təmin edib Prezidentə məlumat verməlidir.

Dövlət İmtahan Mərkəzi reyestrin formalaşdırılması, aparılması, fəaliyyətinin təşkili və inkişafı üçün zəruri tədbirlər görmək tapşırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO