Sükan arxasında səhlənkarlıq edən "BakuBus" sürücüsü CƏZALANDIRILDI - VİDEO

Sükan arxasında səhlənkarlıq edən "BakuBus" sürücüsü CƏZALANDIRILDI - VİDEO

Hazırda oxunan: Sükan arxasında səhlənkarlıq edən "BakuBus" sürücüsü CƏZALANDIRILDI - VİDEO
218267
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ötən gün "BakuBus" MMC-nin istismarında olan "Airport express" xətti üzrə hərəkət edən avtobusun sürücüsünün sükan arxasında mobil telefondan istifadə etməsi ilə bağlı videogörüntü yayılıb.

Bizim.Media xəbər verir ki, "BakuBus"ın mətbuat katibi Əsmər Əliyeva oxu.az-a açıqlamasında bildirib ki, məsələ ilə bağlı dərhal araşdırma aparılıb və fakt təsdiqini tapıb.

"Daxili araşdırma nəticəsində sürücü Ramil Qurban oğlu Qurbanova nizam-intizam qaydalarına uyğun olaraq, inzibati tənbeh verilib.

Sərnişinlərin təhlükəsizliyini və rahatlığını təmin etmək bizim əsas prioritetimizdir.

Sürücülərimizin bütün təlimatlara əməl etməsi və məsuliyyətlə davranması üçün davamlı addımlar atılır və bu istiqamətdə nəzarət tədbirləri daha da gücləndirilməkdədir", - deyə açıqlamada vurğulanır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO