Azərbaycan və Qazaxıstan hərbçilərinin birgə təlimi keçiriləcək – FOTO  

Azərbaycan və Qazaxıstan hərbçilərinin birgə təlimi keçiriləcək – FOTO  

Hazırda oxunan: Azərbaycan və Qazaxıstan hərbçilərinin birgə təlimi keçiriləcək – FOTO  
174198
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Qazaxıstan Respublikası Müdafiə Nazirliyi arasında imzalanmış birgə fəaliyyət planına əsasən, hər iki ölkənin Hərbi Dəniz Qüvvələrinin (HDQ) dəniz piyadaları və xüsusi təyinatlılarının iştirakı ilə "Birləşik-2024" taktiki təlimi keçiriləcək. 

Azərbaycan Müdafiə Nazirliyindən Bizim.Media-ya verilən xəbərə görə, təlimə hazırlıq çərçivəsində ölkəmizdə səfərdə olan qazaxıstanlı hərbi qulluqçular Azərbaycan HDQ-nin dəniz piyadaları və xüsusi təyinatlıları ilə birgə şərti terror qruplaşmaları tərəfindən zəbt edilmiş adanın azad edilməsi, dənizdə təhlükəsizlik əməliyyatları və infrastrukturun mühafizəsi, eləcə də digər tapşırıqları məşq edəcəklər. 

Qeyd edək ki, cari ilin iyul ayında Qazaxıstan Respublikasında keçiriləcək taktiki təlimdə əsas diqqət qüvvələrin qarşılıqlı əlaqədə fəaliyyətləri zamanı döyüş uzlaşmasının təmin edilməsi, idarəetmənin təkmilləşdirilməsi, təcrübə mübadiləsi və şəxsi heyətin peşəkarlığının artırılmasına yönəldiləcək. 

Azərbaycan və Qazaxıstan hərbçilərinin birgə təlimi keçiriləcək – FOTO   - foto 1
Azərbaycan və Qazaxıstan hərbçilərinin birgə təlimi keçiriləcək – FOTO   - foto 2
Azərbaycan və Qazaxıstan hərbçilərinin birgə təlimi keçiriləcək – FOTO   - foto 3

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO