Gürcü nazir: “Birgə həyata keçirdiyimiz layihələr Avropa üçün strateji əhəmiyyət daşıyır” - Video

Gürcü nazir: “Birgə həyata keçirdiyimiz layihələr Avropa üçün strateji əhəmiyyət daşıyır” - Video

Hazırda oxunan: Gürcü nazir: “Birgə həyata keçirdiyimiz layihələr Avropa üçün strateji əhəmiyyət daşıyır” - Video
649494
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Azərbaycan və Gürcüstanın birgə həyata keçirdiyi layihələr Avropa üçün strateji əhəmiyyət daşıyır. Avropada təhlükəsizliyin təmin olunması uzun illər ərzində formalaşmış əməkdaşlığın nəticəsidir. Avropa üçün həyati əhəmiyyət kəsb edən bu marşrutların Cənubi Qafqazdan keçməsi xüsusi önəm daşıyır. Bu əməkdaşlıq, eyni zamanda, Azərbaycanla formalaşmış dostluq və tərəfdaşlıq münasibətlərinə əsaslanır”.

Bizim.Media xəbər verir ki, bu sözləri Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

“Ölkələrimizin iştirakı ilə həyata keçirilən iri layihələr daha geniş coğrafiyanın enerji təchizatı baxımından da mühüm əhəmiyyət daşıyır. Bu layihələr regionun enerji xəritəsinin dəyişməsinə ciddi təsir göstərib.
 

Onların bir qismi uzun tarixə malikdir. Bu baxımdan vaxtilə fəal fəaliyyət göstərən Bakı-Supsa neft kəmərini qeyd etmək olar. Kəmər bu gün də mövcuddur və daşımaların həcmi artacağı təqdirdə, gələcəkdə yenidən istifadəyə verilə bilər.


Digər mühüm layihə Bakı-Tbilisi-Ceyhan neft kəməridir. Bu kəmər vasitəsilə Azərbaycan nefti dünya bazarlarına, o cümlədən Avropa ölkələrinə çatdırılır”, - deyə Maka Boçorişvili əlavə edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO