Moskvada azərbaycanlı prodüserin ölümü ilə bağlı təfərrüat

Moskvada azərbaycanlı prodüserin ölümü ilə bağlı təfərrüat

Hazırda oxunan: Moskvada azərbaycanlı prodüserin ölümü ilə bağlı təfərrüat
649446
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Əslən azərbaycanlı olan 36 yaşlı musiqi prodüseri Elmir Məhərrəmovun ölümü ilə bağlı araşdırma onun 2026-cı il noyabrın 23-də Moskvanın qərbində vəfat etdiyini təsdiqləyir. Lakin hadisənin bəzi təfərrüatları ilə bağlı məlumatlarda fərqli məqamlar var. Belə ki, Məhərrəmovun meyiti noyabrın 23-də günorta saatlarında Vasili Lanovoy küçəsində yerləşən yaşayış binasının qarşısında aşkarlanıb. 

Bizim.Media xəbər verir ki, RBK və Spletnik nəşrlərinin məlumatına görə, prodüser 20-ci deyil, 10-cu mərtəbədə yaşayıb. Hadisə yerində onun intihar məktubu aşkarlanmayıb.

Hüquq-mühafizə orqanları hadisənin iki əsas versiyasını araşdırır: bədbəxt hadisə və intihar.

Prodüserin tanışları və şou-biznes nümayəndələrinin sözlərinə görə, son vaxtlar onun alkoqol asılılığı ilə bağlı problemləri və böyük borcları olub. Borclarının təxminən 5 milyon rubl olduğu bildirilir. Məhərrəmovun hadisədən əvvəl spirtli içki qəbul etdiyi qeyd olunur.

Elmir Məhərrəmov on ildən artıq Rusiyanın şou-biznes sektorunda çalışıb və layihələrin 360 dərəcə idarə olunması üzrə ixtisaslaşıb. Müxtəlif illərdə Self Made Music, Archer Music və Out of Records leybllərinə rəhbərlik edib.

O, Olqa Buzova, Dima Bilan, Artik & Asti dueti, T'Killah və digər ifaçılarla əməkdaşlıq edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO