Boksçumuz ardıcıl üçüncü dəfə Avropa çempionu oldu - Video

Boksçumuz ardıcıl üçüncü dəfə Avropa çempionu oldu - Video

Hazırda oxunan: Boksçumuz ardıcıl üçüncü dəfə Avropa çempionu oldu - Video
649477
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan boksçusu Bilalhəbaşi Nəzərov Xorvatiyanın Poreç şəhərində U-23 Avropa çempionatının qalibi olub.

Bizim.Media xəbər verir ki, 50 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı finalda Tevfik Akkası (Türkiyə) məğlub edib.

Nəzərov 5:0 (29:28, 29:27, 30:25, 30:27, 29:26) hesabı ilə qələbə qazanaraq Avropa çempionu tituluna yiyələnib.

O, bununla da Azərbaycan boksunda yeni tarix yazıb. Millimizin heyətində gənclər arasında yeganə ikiqat Avropa çempionu olan Bilalhəbaşi Nəzərov ardıcıl üçüncü dəfə qitənin ən güclüsü adına layiq görülüb. 19 yaşlı boksçu 2024-cü ildə məhz Poreçdə, bir il sonra Ostravada da fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
 

Bununla da yığmamızın yarışdakı medallarının sayı 3-ə çatıb. Daha öncə Zidan Hünbətovla (55 kq) Məhəmmədəli Aşırəliyev (60 kq) Avropa çempionatını bürünc mükafatla başa vurublar.


Qeyd edək ki, 39 ölkədən 276 boksçunun qatıldığı yarışda bu gün Nicat Alırzayev (70 kq) də final döyüşünə çıxacaq.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO