“Traktor”un qapıçısı oyunda huşunu itirdi – Video

“Traktor”un qapıçısı oyunda huşunu itirdi – Video

Hazırda oxunan: “Traktor”un qapıçısı oyunda huşunu itirdi – Video
649467
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dünən "Traktor" futbol klubunun qapıçısı Parsa Cəfəri Asiya Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində BƏƏ-nin "Əl-Vasl" komandası ilə keçirilən görüşdə huşunu itirib.

Bizim.Media “Azad İran” teleqram kanalına istinadən xəbər verir ki, hadisə qarşılaşmanın ikinci hissəsinin sonlarında baş verib.

27 yaşlı qapıçı oyunu davam etdirə bilmədiyi üçün 88-ci dəqiqədə əvəzlənib.

Məlumata görə, Cəfəri paltardəyişmə otağında özünə gəlib. Daha sonra tibbi müayinədən keçirilməsi üçün xəstəxanaya aparılıb.

Qarşılaşma "Əl-Vasl"ın 5:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, 2026-cı ilin yayından "Traktor"un formasını geyinən Cəfəri indiyədək komandanın heyətində yeddi oyunda meydana çıxıb və üç qarşılaşmada qapısını toxunulmaz saxlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO