
- A-
- A
- A+
Ceyhun Bayramov: “Azərbaycan və Gürcüstan arasında 145 sənəd imzalanıb”
“Gürcüstan Azərbaycan üçün dost və strateji tərəfdaş ölkədir. Xalqlarımız arasında dərin tarixi bağlar mövcuddur”.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov gürcüstanlı həmkarı Maka Boçorişvili ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
Nazir qeyd edib ki, Azərbaycan-Gürcüstan münasibətlərinin çox böyük gündəliyi mövcuddur:
“Təbii ki, siyasi dialoq çox yüksək səviyyədədir, biz burada ciddi dinamikanı müşahidə edirik. Son illərdə qarşılıqlı yüksəksviyyəli səfərlər bunun bariz nümunəsidir. Parlamentlərarası əlaqələr də daxil olmaqla, ölkələrimiz arasında əməkdaşlıq yüksək intensivliyi ilə seçilir. Azərbaycan və Gürcüstan arasında müxtəlif sahələri əhatə edən geniş əməkdaşlıq mövcuddur”.
XİN başçısı vurğulayıb ki, iki ölkə arasında 145 sənəd imzalanıb, daha 18 sənədin hazırlanması istiqamətində işlər davam etdirilir.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































