Yağıntılı hava neçə gün davam edəcək?

Yağıntılı hava neçə gün davam edəcək?

Hazırda oxunan: Yağıntılı hava neçə gün davam edəcək?
649431
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Noyabrın 25-i gündüz saatlarından başlayaraq Bakının və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacaq. Yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi ehtimal olunur. Güclü şimal-qərb küləyi axşama doğru mülayimləşəcək.

Havanın maksimal temperaturu 12-14 dərəcə isti təşkil edəcək.

Bizim.Media xəbər verir ki, bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.

O, həmçinin bildirib ki, bölgələrdə də noyabrın 25-i şimal və qərb rayonlarından başlayaraq fasilələrlə yağıntılı hava şəraiti müşahidə olunacaq. Ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi, şimşək çaxacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimal edilir. 

Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur. Havanın maksimal temperaturu aran rayonlarında 14-18, dağlıq ərazidə 5-8 dərəcə isti təşkil edəcək.

Gülşad Məmmədova deyib ki, noyabrın 26-da ölkə ərazisində hava şəraitinin sabit, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO