Ceyhun Bayramov: “Trıpp layihəsi ilə bağlı Azərbaycanın mövqeyi nəzərə alınmalıdır”

Ceyhun Bayramov: “Trıpp layihəsi ilə bağlı Azərbaycanın mövqeyi nəzərə alınmalıdır”

Hazırda oxunan: Ceyhun Bayramov: “Trıpp layihəsi ilə bağlı Azərbaycanın mövqeyi nəzərə alınmalıdır”
649488
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Azərbaycanla Ermənistan arasında 42 kilometrlik dəmir yolu dəhlizi barədə ötən il və ondan əvvəlki dövrdə ABŞ ilə Ermənistan arasında danışıqlar aparılıb. Danışıqlarda layihəni həyata keçirəcək şirkətin yaradılması və payların bölüşdürülməsi məsələləri müzakirə olunub. Azərbaycan tərəfi də bu proses barədə məlumatlandırılıb”.

Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov gürcüstanlı həmkarı Maka Boçorişvili ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

Nazir qeyd edib ki, həmin dəhlizin giriş və çıxış nöqtələri Azərbaycan sərhədinə bağlıdır. Ona görə də layihənin həyata keçirilməsi və yüklərin daşınmasının düzgün təşkili üçün Azərbaycanın mövqeyi nəzərə alınmalıdır.
 

“Azərbaycan bu layihəni alqışlayır və onun qısa müddətdə başa çatmasını arzulayır. Artıq ərazidə müəyyən fiziki işlərin başlanmasına dair məlumatlar da var.


Bu layihə Azərbaycan üçün bir neçə baxımdan əhəmiyyətlidir.

“Birincisi, ölkədaxili baxımdan Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında maneəsiz gediş-gəliş üçün yeni imkanlar yaradacaq.

İkincisi, layihənin regional əhəmiyyəti var. Bu dəhliz Şərq-Qərb nəqliyyat marşrutunun və Orta Dəhlizin yeni bir istiqaməti olacaq. Təkcə Azərbaycan və Ermənistan deyil, digər region ölkələri də bu layihədən faydalana biləcəklər”, - deyə C.Bayramov vurğulayıb.

Nazir diqqətə çatdırıb ki, Şərq-Qərb marşrutu ilə böyük həcmdə yüklər daşınır. Avropa İttifaqı, Çin və digər Asiya ölkələri arasında yükdaşımaların həcmi kifayət qədər böyükdür. Belə layihələrdə yükdaşıyanlar yalnız bir marşruta deyil, bütövlükdə regionun nəqliyyat imkanlarına baxırlar. Buna görə də alternativ yolların çox olması bütün region üçün əlavə imkanlar yaradır və yeni yüklərin cəlb olunmasına kömək edir.
 

“Layihənin digər mühüm tərəfi onun praktiki nəticələri ilə bağlıdır. Bu gün Bakı-Tbilisi-Qars dəmir yolunun imkanlarının genişləndirilməsi istiqamətində işlər aparılır. Eyni zamanda, Türkiyədə 224 kilometr uzunluğunda Qars-İğdır-Dilucu dəmir yolu layihəsinin icrasına başlanılıb.


Bütün bu layihələr bir-biri ilə əlaqəli şəkildə həyata keçirildikdə, böyük bir regional dəmir yolu şəbəkəsi formalaşacaq. Bakı-Tbilisi-Qars, Qars-İğdır-Dilucu və Naxçıvan dəmir yollarının birləşməsi yeni nəqliyyat imkanları yaradacaq. Bu, yüklərin daha rahat və alternativ marşrutlarla daşınmasına şərait yaradacaq”, - deyə nazir əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO