
- A-
- A
- A+
Roma Papası Fransiskin şəxsi gündəliyi üzə çıxdı: “Şeytanla üç dəfə qarşılaşmışam”
Roma Papası Fransiskin Vatikanda dərc olunan şəxsi gündəliyindən parçalar diqqət çəkib.
Bizim.Media xəbər verir ki, Associated Press (AP) agentliyinin məlumatına görə, mərhum pontifik gündəliyində həyatı boyu şeytanla üç dəfə qarşılaşdığını yazıb.
Onun sözlərinə görə, bu qarşılaşmaların ikisi Argentinanın paytaxtı Buenos-Ayresdə, üçüncüsü isə 2018-ci ildə Çiliyə mübahisəli səfərindən sonra baş verib.
Fransisk yazıb ki, Çilidə cinsi zorakılıq qurbanlarının iddialarını ədalətsiz şəkildə rədd etməsindən sonra yaşadığı üçüncü qarşılaşma zamanı şeytan ona:
“İndi istədiyim hər şeyi əldə etdim”, – deyib.
Papa ilk iki qarşılaşmada gördüyü gözləri, üçüncüsündə isə eşitdiyi güclü və boğuq səsi heç vaxt unutmadığını qeyd edib.
Gündəliyin digər qeydlərindən məlum olur ki, Fransisk 2021–2022-ci illərdə dərin mənəvi böhran yaşayıb. O, katolik dünyasının ən nüfuzlu dini vəzifəsini tutduğu dövrdə səlahiyyətlərindən sui-istifadə etmək və özünü dünyanın fövqündə görmək istəyi ilə mübarizə aparıb.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






































































































