Meyvələri pulsuz yedi - Satıcını bıçaqladı

Meyvələri pulsuz yedi - Satıcını bıçaqladı

Hazırda oxunan: Meyvələri pulsuz yedi - Satıcını bıçaqladı
649466
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Abşeronda meyvə-tərəvəz satıcısı bıçaqlanıb.

Bizim.Media xəbər verir ki, hadisə Xırdalan şəhəri, Heydər Əliyev prospektində qeydə alınıb.

31 yaşlı Tahir Musayev (şərti adla) prospektin kənarında meyvə-tərəvəz satılan yerə gələrək, pul vermədən alçaları yeyib. Bu zaman satıcı Murad (şərti adla) ona irad bildirib. Həmçinin satıcının köməkçisi də hadisəyə qarışaraq, Tahirə qarşı kobud ifadə işlədib. 

Nəticədə Tahir evdən bıçaq götürərək geri qayıdıb və ona kobud cavab verən şəxsi axtarıb. Murad həmin şəxsin getdiyini deyib və Tahirlə aralarında mübahisə yaranıb.

Mübahisə zamanı Tahir bıçaqla Muradın qarnına və qoluna zərbələr vuraraq, xəsarətlər yetirib. Yaralı xəstəxanaya yerləşdirilərək ona ilkin yardım göstərilib.

T. Musayev isə saxlanılıb və barəsində cinayət işi başlanıb.

Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, meyvə-tərəvəz satan Muradla əvvəllər eyni cəzaçəkmə müəssisəsində cəza çəkiblər. O, törətdiyi əməldən peşman olduğunu və zərərçəkənlə barışdığını deyib. Həmçinin zərərçəkən Murad da Tahirə qarşı şikayət və tələbinin olmadığını bildirib.

Muradın sözlərinə görə, əvvəllər də Tahir dəfələrlə onun mağazasında pul vermədən meyvələri yeyib. Lakin utandığı üçün söz deməyib.

Məhkəmənin qərarı ilə Tahir Musayev 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. (lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO