Küçə itləri keçmiş hərbçi qadının həyatına son qoydu – Foto

Küçə itləri keçmiş hərbçi qadının həyatına son qoydu – Foto

Hazırda oxunan: Küçə itləri keçmiş hərbçi qadının həyatına son qoydu – Foto
649444
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ABŞ-ın Corciya ştatında üç uşaq anası, 36 yaşlı keçmiş hərbçi Ellison Linn Anderson it sürüsünün hücumu nəticəsində həlak olub. Meyiti tərk edilmiş evin həyətində tapılan qadın ilk dəfə nənə olmağa hazırlaşırmış.

Bizim.Media xəbər verir ki, Andersonun meyiti noyabrın 16-da səhər saatlarında Karterstvil şəhərində tərk edilmiş evin həyətində aşkarlanıb. Polis hesabatında qadının çılpaq vəziyyətdə, üzüüstə uzanmış halda tapıldığı, baş dərisinin bir hissəsinin zədələndiyi qeyd olunub.

Corciya Təhqiqatlar Bürosu (GBI) bildirib ki, yarılmanın ilkin nəticələrinə əsasən, Anderson itlərin hücumu nəticəsində aldığı ağır xəsarətlərdən ölüb. Hücumda iştirak edən itlərin bəziləri heyvanlara nəzarət qrupları tərəfindən tutulub.

Andersonun qızı Mayli Qarner anasına hamilə olduğunu deməyə fürsət tapmadığını bildirib. İtlərin sahiblərinə qarşı qəzəbini ifadə edən Qarner deyib ki, anası ilk nəvəsinin dünyaya gələcəyini bilsəydi, böyük sevinc yaşayacaqdı. 

Andersonun qardaşı qızı Samanta Evans bildirib ki, nəzarətə götürülən üç itdən ikisinin pitbul qarışığı olub. 

Evans DNT testi vasitəsilə itlərin hücumda iştirak edib-etmədiklərinin müəyyənləşdiriləcəyini qeyd edib.

Küçə itləri keçmiş hərbçi qadının həyatına son qoydu – Foto - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO