Aİ Çin istehsalı hibridlərə kvota qoyur

Aİ Çin istehsalı hibridlərə kvota qoyur

Hazırda oxunan: Aİ Çin istehsalı hibridlərə kvota qoyur
649478
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Avropa İttifaqı (Aİ) Avropa avtomobil sənayesini qorumaq məqsədilə Çin istehsalı olan hibrid avtomobillərin idxalını məhdudlaşdıracaq.

Bizim.Media xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
 

Bildirilib ki, 2026-cı il dekabrın 1-dən 2027-ci il iyunun 18-dək Aİ-yə maksimum 191,8 min Çin istehsalı olan hibrid avtomobil idxalına icazə veriləcək. Kvota tükəndikdən sonra əlavə idxal qadağan olunacaq.


Daha əvvəl Brüssel və Pekin hibrid avtomobillərin illik tədarükünü 350 min ədəd həcmində məhdudlaşdırmaq barədə razılığa gəliblər. Dörd il müddətinə nəzərdə tutulan məhdudiyyətlər çərçivəsində icazə verilən idxal həcminin hər il 6% artırılması planlaşdırılır.

Məhdudiyyətlər Yaponiya, Türkiyə, Böyük Britaniya, Cənubi Koreya və ABŞ-a da şamil ediləcək.

Avropa İqtisadi Zonası ölkələri, Ukrayna və bir sıra inkişaf etməkdə olan dövlətlər isə istisna təşkil edəcək.

Bundan əlavə, Avropa Komissiyası kimyəvi məhsulların və sənaye avadanlıqlarının idxalına da analoji məhdudiyyətlərin tətbiqi imkanlarını nəzərdən keçirir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO