“Ermənistana neft məhsullarının ixracı regionda əməkdaşlığın inkişafına mühüm töhfə verir” - XİN başçısı

“Ermənistana neft məhsullarının ixracı regionda əməkdaşlığın inkişafına mühüm töhfə verir” - XİN başçısı

Hazırda oxunan: “Ermənistana neft məhsullarının ixracı regionda əməkdaşlığın inkişafına mühüm töhfə verir” - XİN başçısı
649485
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Ölkələrimiz arasında ticarət dövriyyəsində müsbət dinamika müşahidə olunur. Bu ilin ilk 9 ayında Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsi 900 milyon ABŞ dollarına çatıb ki, bu da ötən ilin ümumi göstəricisini üstələyir”.

Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov gürcüstanlı həmkarı Maka Boçorişvili ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

Nazir qeyd edib ki, Azərbaycanın Gürcüstan iqtisadiyyatına yatırdığı investisiyaların ümumi həcmi 4 milyard ABŞ dolları təşkil edir.
 

Bu məbləğin 2,1 milyard dolları SOCAR-ın payına düşür. Eyni zamanda, Gürcüstanın Azərbaycan iqtisadiyyatına yatırdığı investisiyaların həcmi 460 milyon dollar təşkil edir.


O həmçinin bildirib ki, Gürcüstan vasitəsilə Ermənistana neft məhsullarının ixracına başlanılması regionda əməkdaşlığın inkişafına mühüm töhfə verir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO