
- A-
- A
- A+
Rok ifaçısı Asena Özçetinin öldüyü qəzada daha bir nəfər həyatını itirdi - Foto
Türkiyəli rok ifaçısı Asena Özçetinin həlak olduğu avtomobil qəzası ilə bağlı yeni təfərrüatlar üzə çıxıb. Qəzada musiqiçi Ekrem Kaninin həyat yoldaşı Cansu Akdeniz də ölüb. Musiqiçinin bir yaşlı qızının isə vəziyyəti kritik olaraq qalır.
Bizim.Media xəbər verir ki, Ekrem Kani sosial şəbəkədə paylaşım edərək həyat yoldaşını və 30 illik dostu Asena Özçetini itirdiyini bildirib.
Qəza nəticəsində musiqiçinin özü və iki qızı da xəsarət alıb. Onun 11 yaşlı qızı Arya əməliyyat olunub, bir yaşlı qızı Deniz isə reanimasiyada həyat mübarizəsi aparır.
Özü də onurğa və burun sınıqları alan, daxili qanaxması davam edən Kani yeganə arzusunun yenidən qızlarını qucaqlamaq olduğunu bildirib. O, insanlardan övladları üçün dua etmələrini xahiş edib.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.







































































































