
- A-
- A
- A+
Maka Boçorişvili: “Gürcüstan-Azərbaycan dövlət sərhədinin delimitasiyası üzrə komissiya fəaliyyətini davam etdirir”
“Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli formatda keçirilən görüşü regional əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Bu görüşlər yalnız üç ölkə arasında deyil, daha geniş regional müstəvidə də əməkdaşlığın genişləndirilməsinə xidmət edir. Gürcüstan Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində əldə olunan irəliləyişləri müsbət qiymətləndirir”.
Bizim.Media xəbər verir ki, bu sözləri Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
“Gürcüstan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə komissiyanın fəaliyyəti müntəzəm şəkildə davam etdirilir. Bu proses zamanı tərəflərin qarşılıqlı maraqları və mövqeləri nəzərə alınır”, - deyə gürcü nazir qeyd edib.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































