
- A-
- A
- A+
Ramiz Mehdiyevin kürəkəni Əli Kərimlinin məhkəməsində hakimdən nə xahiş edib?
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin kürəkəni İlham Əlisəftər oğlu Əliyev AXCP sədri Əli Kərimlinin cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə şahid qismində ifadə verib.
Bizim.Media gununsesi.info-ya istinadən xəbər verir ki, hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında İ.Əliyev ittiham aktında qeyd olunan məsələlərə dair suallara cavab verib.
İlham Əlisəftəroğlu məhkəmə kollegiyasından cinayət işində şahid qismində tanınan həyat yoldaşının prosesə çağırılmamasını xahiş edib.
O bildirib ki, baş verən hadisələrdən sonra həyat yoldaşının vəziyyəti ağırlaşıb, ağır depressiyaya düşüb və hazırda antidepressant preparatlar qəbul edir.
Sabiq deputatın sözlərinə görə, həyat yoldaşının səhhəti ağır olduğundan onun məhkəmə prosesinə çağırılmasını istəmir.
Qeyd edək ki, məhkəmədə Ramiz Mehdiyevin kürəkəni ilə bərabər oğlu Timur Mehdiyev də şahid qismində dindirilib.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































