Gömrükdə gərgin anlar: Dubay-Bakı reysinin sərnişini gömrük baxışından imtina etdi - Video

Gömrükdə gərgin anlar: Dubay-Bakı reysinin sərnişini gömrük baxışından imtina etdi - Video

Hazırda oxunan: Gömrükdə gərgin anlar: Dubay-Bakı reysinin sərnişini gömrük baxışından imtina etdi - Video
649497
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Noyabrın 20-də Dubay-Bakı aviareysi ilə gələn sərnişinlər, o cümlədən Azərbaycan Respublikası vətəndaşı Eldur Hüseynov Gömrük Məcəlləsinin 92-2.6-cı maddəsinə əsasən gətirdikləri əşyaların gömrük nəzarətindən keçirilməsi üçün gömrük baxışına dəvət olunublar.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilib ki, gömrük baxışı prosesində vətəndaş Eldur Hüseynov özü ilə gətirdiyi əşyaları gömrük nəzarətinə təqdim etməkdən imtina edib.

 

Bununla da gömrük nəzarəti prosesinin həyata keçirilməsini çətinləşdirib və kəskin surətdə aqressiya göstərməklə etiraz edib. Yaranmış hal əşyaların yoxlanması və eyniləşdirilməsində çətinliklər yaratdığından gömrük nəzarəti prosedurlarının gecikdirilməməsi məqsədilə ona məxsus əşyalar digər gömrük nəzarəti zonasına yönləndirilib.


Vətəndaş etik davranış qaydalarına riayət etmədiyindən müvafiq akt tərtib olunaraq hüquq-mühafizə orqanlarına müraciət edilib.

Bununla yanaşı, Eldur Hüseynovla Hava Nəqliyyatında Baş Gömrük İdarəsində bir neçə dəfə görüş keçirilib və məsələ ətraflı müzakirə edilərək gömrük qaydaları barədə məlumat verilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO