
- A-
- A
- A+
Qarabağdan köçən ermənilərin pasportlarında doğum yeri “Azərbaycan” yazılacaq - Arpine Sarkisyan
Ermənistanın daxili işlər naziri Arpine Sarkisyan yeni biometrik pasportlarda doğum yerinin qeyd edilməsi qaydasını beynəlxalq standartlarla izah edib.
Bizim.Media xəbər verir ki, bu barədə erməni mətbuatı yazıb.
Nazirin sözlərinə görə, bu qayda Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO 9303) və ISO 3166 standartlarının tələblərinə, eləcə də ərazilərin beynəlxalq səviyyədə tanınmış mənsubiyyətinə əsaslanır.
Arpine Sarkisyan bildirib ki, doğum yerinin pasportda göstərilməsi vətəndaşın fərdi seçimi deyil, dövlətin beynəlxalq standartlara uyğun müəyyən etdiyi qaydadır. O qeyd edib ki, ərazi və ya ölkə adının beynəlxalq səviyyədə tanınması, eləcə də siyasi həssaslıqlar nəzərə alınmalıdır.
Nazirlik daha əvvəl köhnə pasportlarda doğum yeri ilə bağlı qeydlərə görə müxtəlif ölkələrin sərhəd xidmətlərindən çoxsaylı sorğular daxil olduğunu açıqlamışdı. Yeni qaydanın tətbiqində məqsəd sərhəd keçidi zamanı yarana biləcək problemlərin qarşısını almaqdır.
Qeyd edək ki, Ermənistanda noyabrın 1-dən yeni nümunəli biometrik pasportların verilməsinə başlanılıb.
Qarabağdan köçərək Ermənistan vətəndaşlığı almış şəxslərin pasportlarında “doğum yeri” bölməsində “Azərbaycan” yazılması ölkədə narazılıq və tənqidlərə səbəb olub.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





































































































