Milli Məclisin Korsika Xalqına Dəstək Qrupunun BƏYANATI

Milli Məclisin Korsika Xalqına Dəstək Qrupunun BƏYANATI

Hazırda oxunan: Milli Məclisin Korsika Xalqına Dəstək Qrupunun BƏYANATI

622473

Azərbaycan Respublikası Milli Məclisinin Korsika Xalqına Dəstək Qrupu Fransa Milli Assambleyasında Korsikaya geniş muxtariyyət statusunun verilməsini nəzərdə tutan konstitusiya qanun layihəsinin qəbulunu tarixi siyasi hadisə kimi qiymətləndirib.

Bizim.Media xəbər verir ki, bununla bağlı Milli Məclisin Korsika Xalqına Dəstək Qrupu bəyanat yayıb.

Bəyanatda qeyd olunub ki, qanun layihəsi adanın tarixi, mədəni, sosial və coğrafi xüsusiyyətləri nəzərə alınmaqla Korsikaya ən geniş özünüidarəetmə səlahiyyətlərinin verilməsini nəzərdə tutur.

Sənəd Korsika xalqının uzun illər ərzində apardığı dinc, demokratik və ardıcıl mübarizənin mühüm siyasi nəticəsi kimi qiymətləndirilib.

Qeyd olunub ki, Milli Məclisin Korsika Xalqına Dəstək Qrupu Korsika xalqının bu əzmini, qətiyyətini və demokratik prinsiplərə sadiqliyini yüksək qiymətləndirir, onları səmimi qəlbdən alqışlayır.
 

Bəyanatda bildirilib ki, Korsika xalqının öz gələcəyini müəyyənləşdirmək istiqamətində nümayiş etdirdiyi əzm və qətiyyət bir daha göstərir ki, xalqların legitim tələbləri gec-tez siyasi müstəvidə öz əksini tapır. Bu baxımdan Fransa Milli Assambleyasında qəbul olunmuş qərar yalnız qanunvericilik aktı deyil, həm də Korsika xalqının uzunmüddətli mübarizəsinin mühüm siyasi nailiyyətidir.


“Ümidvarıq ki, Fransa Senatı da tarixi məsuliyyət nümayiş etdirərək Fransa Milli Assambleyasının qəbul etdiyi qərarı dəstəkləyəcək və bununla da Korsika xalqının demokratik iradəsinə hörmət ifadə edəcək.

Azərbaycan Respublikası Milli Məclisinin Korsika Xalqına Dəstək Qrupu bundan sonra da Korsika xalqının qanuni hüquqlarının, demokratik iradəsinin və dinc siyasi mübarizəsinin beynəlxalq ictimaiyyət tərəfindən obyektiv qiymətləndirilməsini dəstəkləyəcək.

Azərbaycan Respublikası Milli Məclisinin Korsika Xalqına Dəstək Qrupu Korsika xalqının öz tarixi, milli və mədəni kimliyini qorumaqla ən geniş muxtariyyət statusunun verilməsinə çağırış edir”, - bəyanatda qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO