İlham Əliyev: “Son yeddi ildə Azərbaycanda quraqlıq müşahidə olunub”

İlham Əliyev: “Son yeddi ildə Azərbaycanda quraqlıq müşahidə olunub”

Hazırda oxunan: İlham Əliyev: “Son yeddi ildə Azərbaycanda quraqlıq müşahidə olunub”

190075

Artıq son yeddi ildə Azərbaycanda quraqlıq müşahidə olunub, yağıntının miqdarı əhəmiyyətli dərəcədə azalıb.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 2-də BMT Baş katibinin iqlim fəaliyyəti və ədalətli keçid üzrə xüsusi müşaviri Selvin Çarlz Hartı qəbul edərkən deyib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycanın məqsədi dünya ölkələri arasında iqlim dəyişmələri mövzusunda həmrəyliyin və birgə fəaliyyətin gücləndirilməsidir. Bütün dünya ölkələri, o cümlədən Azərbaycan iqlim dəyişmələrinin mənfi təsirlərinə və fəsadlarına məruz qalıb.

Belə ki, artıq son yeddi ildə Azərbaycanda quraqlıq müşahidə olunub, yağıntının miqdarı əhəmiyyətli dərəcədə azalıb. Bu il yağıntının miqdarının artması prosesi baş versə də, bütövlükdə Azərbaycan bundan əziyyət çəkir. Azərbaycan Prezidenti vurğulayıb ki, Xəzər dənizinin suyunun çəkilməsi prosesi müşahidə olunur və bu da ciddi narahatlıq doğuran məqamdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO