Polşalı səfir: “Azərbaycanla münasibətlərimizin əhəmiyyətli dərəcədə dərinləşməsindən məmnunuq”

Polşalı səfir: “Azərbaycanla münasibətlərimizin əhəmiyyətli dərəcədə dərinləşməsindən məmnunuq”

Hazırda oxunan: Polşalı səfir: “Azərbaycanla münasibətlərimizin əhəmiyyətli dərəcədə dərinləşməsindən məmnunuq”

189809

“Polşa Azərbaycanla münasibətlərin əhəmiyyətli dərəcədə dərinləşməsindən məmnundur”.

Bizim.Media xəbər verir ki, bunu Polşanın Azərbaycandakı səfiri Rafal Poborski Varşavada Konstitusiya qəbulunun 233-cü ildönümü münasibətilə keçirilən tədbirdə deyib.

O qeyd edib ki, 2023-cü ildə 2022-ci illə müqayisədə Polşanın Azərbaycana ixracının ümumi həcmi 36 faiz, ərzaq məhsullarının ixracı isə təxminən 50 faiz artıb: 

“Keçən il Polşaya 2022-ci ilə nisbətən 30% çox azərbaycanlı səfər edib, viza müraciətlərinin sayı 32% artıb. Azərbaycanda biznes imkanları axtaran polşalı sahibkarların artan marağının şahidi oluruq. Ötən həftə səfirliyimiz Azərbaycan bazarında biznes qurmaqda maraqlı olan 30-dan çox aqro-ərzaq şirkəti üçün onlayn seminar təşkil edib”.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO