Xavyer Miley Prezident İlham Əliyevi TƏBRİK EDİB 

Xavyer Miley Prezident İlham Əliyevi TƏBRİK EDİB 

Hazırda oxunan: Xavyer Miley Prezident İlham Əliyevi TƏBRİK EDİB 

183925

Argentina Respublikasının Prezidenti Xavyer Miley Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Bizim.Media xəbər verir ki, məktdubda deyilir: 

"Hörmətli cənab Prezident, 

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. 

Bu yaxınlarda ölkələrimizin xarici işlər nazirləri arasında ikitərəfli əlaqələrimizin inkişafına xidmət edən olduqca məhsuldar telefon danışığının baş tutması məni çox məmnun etmişdir. 

Əlaqələrimizin özülünü təşkil edən dostluq və hörmət prinsiplərinə əsaslanaraq, ölkələrimizin rifahı naminə qarşılıqlı maraq doğuran sahələrdə ikitərəfli əməkdaşlığımızı və iqtisadi əlaqələrimizi gücləndirmək məqsədilə səylə işləməkdə davam edəcəyimi bir daha vurğulamaq istəyirəm. 

Sizə yeni prezidentlik dönəminizdə bir daha ən səmimi təbriklərimi çatdırır və fürsətdən istifadə edərək, dərin hörmət və ehtiramımı ifadə edirəm". 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO