İran Tehrandakı səfirliyimizin fəaliyyətinin bərpa olunmasını XAHİŞ ETDİ – RƏSMİ  

İran Tehrandakı səfirliyimizin fəaliyyətinin bərpa olunmasını XAHİŞ ETDİ – RƏSMİ  

Hazırda oxunan: İran Tehrandakı səfirliyimizin fəaliyyətinin bərpa olunmasını XAHİŞ ETDİ – RƏSMİ  

158734

Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini bərpa edəcək. 

Bizim.Media xəbər verir ki, bu barədə İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş Azərbaycana səfəriylə bağlı açıqlamasında deyib. 

Nazir, keçmişdə baş vermiş bəzi anlaşılmazlıqlara toxunub. 

O qeyd edib ki, Azərbaycan səfirliyinin tez bir zamanda fəaliyyətini bərpası üçün İran tərəfi xahiş edib və Azərbaycan da bu istiqamətdə qısa müddətdə addımların atılacağına söz verib. 
Xatırladaq ki, bir müddət öncə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycanın İrandakı diplomatik missiyasının bərpa olunması istiqamətində İran tərəfindən müraciət daxil olub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO