Hikmət Hacıyev BBC-yə müsahibə verdi: “30 illik münaqişənin sonuna gəldik” - VİDEO

Hikmət Hacıyev BBC-yə müsahibə verdi: “30 illik münaqişənin sonuna gəldik” - VİDEO

Hazırda oxunan: Hikmət Hacıyev BBC-yə müsahibə verdi: “30 illik münaqişənin sonuna gəldik” - VİDEO

158458

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev Böyük Britaniyanın BBC Yayım Korporasiyasına Qarabağ bölgəsindəki vəziyyəti şərh edib.

Bizim.Media bu barədə BBC News saytına istinadən xəbər verir.

“Biz çox təəssüf edirik ki, mülki ermənilərin əksəriyyəti oranı (Azərbaycanın Qarabağ bölgəsini - red.) tərk etmək qərarına gəlib. Biz seçim və hərəkət azadlığına hörmət edirik. Ermənilərin çoxu azərbaycanlılara qarşı etnik nifrət hissi keçirir. "Azərbaycan bayrağı altında yaşaya bilmərik" deyirlər”, - X.Hacıyev bildirib.

"Bu, münaqişənin 30 illik tarixinə bir növ son qoyuldumu?" sualına Hacıyev belə cavab verib:
“Bəli. Artıq o münaqişənin son nöqtəsinə gəldik. Azərbaycan sülh istəyir”

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO