Qərbi Azərbaycan İcması fransalı nazirə CAVAB VERDİ 

Qərbi Azərbaycan İcması fransalı nazirə CAVAB VERDİ 

Hazırda oxunan: Qərbi Azərbaycan İcması fransalı nazirə CAVAB VERDİ 
158282
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Fransanın xarici işlər nazirinin Ermənistana səfəri çərçivəsində verdiyi açıqlamalar, o cümlədən Ermənistanla hərbi yardım barədə sazişin imzalanması, Avropa İttifaqının missiyasının mandatının gücləndirilməsi barədə fikirləri rəsmi Parisin Cənubi Qafqaz regionuna geosiyasi rəqabət gətirməkdə maraqlı olduğunu, Ermənistanı militarizmə və revanşizmə sövq etdiyini göstərir. 

Bizim.Media xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının Fransa xarici işlər naziri Ketrin Kolonnanın açıqlamaları ilə bağlı şərhində bildirilib. 

Qeyd olunub ki, 30 il ərzində Ermənistanın Azərbaycan ərazilərini işğal etməsinə, etnik təmizləməyə, 1 milyon azərbaycanlı qaçqın və köçkünün iztirablarına göz yuman, hətta bunu ört-basdır edən Fransanın indi Ermənistanın ərazi bütövlüyünün qorunmasından danışması riyakarlığın klassik nümunəsidir: 

“Azərbaycana qarşı “Ermənilər Qarabağdan güc tətbiq olunması təhlükəsinə görə çıxdılar” kimi iftira atan fransız nazir nədənsə ölkəsinin soyqırımlar, irqçiliklə dolu utancverici tarixini, hələ də başqa xalqları müstəmləkə asılılığında saxlamasını “unudur”. 
İnanırıq ki, Afrikada biabırcasına məğlubiyyətlərə düçar olan Fransanın dini təəssübkeşliyə və Azərbaycanofobiyaya və islamofobiyaya əsaslanan Cənubi Qafqaz siyasəti də iflasa uğrayacaq”. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO