İlham Əliyev və Aİ komissarı Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfədən DANIŞDILAR 

İlham Əliyev və Aİ komissarı Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfədən DANIŞDILAR 

Hazırda oxunan: İlham Əliyev və Aİ komissarı Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfədən DANIŞDILAR 
115698
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 19-da Davosda Avropa İttifaqının (Aİ) büdcə və administrasiya üzrə komissarı Yohannes Han ilə görüşüb. 

Bizim.Media xəbər verir ki, görüşdə Azərbaycanın Şərq-Qərb nəqliyyat dəhlizinin və bu əsasda Orta Dəhlizin əhəmiyyətinin artmasında rolu xüsusi qeyd olundu. 

Prezident İlham Əliyev Azərbaycanda nəqliyyat-logistika infrastrukturunun qurulması və inkişaf etdirilməsi istiqamətində indiyədək həyata keçirilmiş işlər haqqında məlumat verdi. 

Ölkəmizin öz ərazisindən yüklərin daşınması üçün ötürücülük qabiliyyətinin artırılması istiqamətində fəaliyyətini davam etdirdiyi vurğulandı. 

Söhbət zamanı enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə edildi, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına verdiyi töhfə qeyd edildi.

Azərbaycanda Avropanın enerji bazarına əlavə həcmlər çıxarılması istiqamətində işlərin aparıldığı bildirildi. 

Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişafı və perspektivləri barədə də fikir mübadiləsi aparıldı. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO