Qərb kəşfiyyatı Putinin Ukrayna ilə bağlı planlarını üzə çıxardı

Qərb kəşfiyyatı Putinin Ukrayna ilə bağlı planlarını üzə çıxardı

Hazırda oxunan: Qərb kəşfiyyatı Putinin Ukrayna ilə bağlı planlarını üzə çıxardı
648434
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiya Prezidenti Vladimir Putin Çində ABŞ lideri Donald Trampla görüşə hazırlaşmasına baxmayaraq, Ukraynada hərbi əməliyyatları ən azı qışın sonuna qədər davam etdirmək niyyətindədir.

Bizim.Media xəbər verir ki, bu barədə "The New York Times" nəşri Qərb kəşfiyyat xidmətlərinin qiymətləndirmələrinə istinadən məlumat yayıb.

Belə ki, Moskva hələlik ciddi sülh danışıqlarına hazır olduğunu nümayiş etdirmir. Putin Rusiya qoşunlarının Ukraynanın şərqində irəliləyəcəyinə, eləcə də kütləvi raket və dron zərbələrinin Kiyevə təzyiqi artıracağına ümid edir.
 

Bununla yanaşı, kəşfiyyat Rusiya liderinin bütün Donbasın Rusiyaya verilməsi və Ukraynanın NATO-ya üzv olmayacağına dair zəmanət müqabilində müharibəni dayandırmağa razılaşa biləcəyini də istisna etmir. Lakin rəsmi Kiyevin bu şərtləri qəbul edəcəyi inandırıcı görünmür.


Avropalı rəsmilər isə hesab edirlər ki, Moskva 2027-ci ildə Avropada keçiriləcək seçkilərdən sonra Ukraynaya dəstəyin zəifləyəcəyini gözləyərək danışıqlar prosesini bilərəkdən uzadır.

Nəşr həmçinin qeyd edir ki, Putin Çində Donald Tramp və Si Cinpinlə keçiriləcək üçtərəfli görüşdə ABŞ sanksiyalarının yumşaldılmasına nail olmağa çalışacaq. Fransa səfiri Orelyen Leşevalyenin fikrincə, bu sammit Kreml üçün böyük diplomatik nailiyyət olacaq və Moskva Vaşinqtonla Pekinlə bərabər statusa malik olduğunu göstərməyə cəhd edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO