Ermənistan parlamenti Laçın yoluna görə Azərbaycanı ittiham edən bəyanatı qəbul etmədi

Ermənistan parlamenti Laçın yoluna görə Azərbaycanı ittiham edən bəyanatı qəbul etmədi

Hazırda oxunan: Ermənistan parlamenti Laçın yoluna görə Azərbaycanı ittiham edən bəyanatı qəbul etmədi
114600
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ermənistan parlamentinin xarici əlaqələr komissiyasının iclasında hakim “Vətəndaş Müqaviləsi” fraksiyası müxalifətin Azərbaycanı Laçın yolunu bağlamaqda ittiham edən bəyanat layihəsini qəbul etməyib.

Bizim.Media “Sputnik Armenia”ya istinadən xəbər verir ki, layihə müxalif “Hayastan” fraksiyasının deputatı Andranik Tevanyan tərəfindən təqdim olunub.

Müzakirələrin nəticəsi olaraq o, layihəni yenidən işlənməsi üçün geri götürdüyünü bildirib və hakim fraksiyanı “Anti-Qarabağ siyasəti” aparmaqda ittiham edib.

“Vətəndaş Müqaviləsi” fraksiyasından həmməruzəçi kimi çıxış edən Mariya Karapetyan isə parlamentin hələ dekabrın 16-da Laçın yoluna dair bəyanat verdiyini xatırladıb. O, həmin vaxt “Hayastan” fraksiyasının deputatlarına hər iki mətni birləşdirmək və ortaq sənəd hazırlamaq təklifi verildiyini, amma buna müsbət cavab alınmadığını vurğulayıb.
Xatırladaq ki, Laçın-Xankəndi yolunda dekabrın 12-dən Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarına etiraz olaraq azərbaycanlı ekofəallar tərəfindən dinc etiraz aksiyası keçirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO