“Əyani təhsil 1 noyabrdan əvvəl başlamamalıdır” - MÜTƏXƏSSİS

“Əyani təhsil 1 noyabrdan əvvəl başlamamalıdır” - MÜTƏXƏSSİS

Hazırda oxunan: “Əyani təhsil 1 noyabrdan əvvəl başlamamalıdır” - MÜTƏXƏSSİS
34022
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Gürcüstan və Azərbaycan qonşu, qardaş dövlətlərdir. Ona görə də, Gürcüstanda koronavirusla bağlı hər şeyin yaxşı olduğunu, Azərbaycanda isə hər şeyin pis olduğunu təsəvvür etmək sadəcə mümkün deyil”.

Bizim.Media xəbər verir ki, bunu ictimai sağlamlıq üzrə mütəxəssis, Peyvənd və İmmunizasiya Qlobal Alyansının (GAVI) müşaviri və BMT Baş Katibinin keçmiş müşaviri, professor Giorgi Pxakadze deyib.

“Təəssüf ki, koronavirusun “Delta” ştammı birbaşa uşaqları və hamilə qadınları “vurur”. Bu kateqoriyalı əhaliyə mRNA peyvəndi vurulmalıdır”, - deyə o bildirib.

Professor məktəblərin açılması məsələsinə də toxunub:

“ABŞ-ın bəzi ştatlarında dərslər artıq başlayıb və iki həftə ərzində məktəblərin 60 %-i bağlanıb. Uşaqlar xəstəxanalarda və ya karantindədir. Niyə belə olur? Uşaqlara peyvənd vurulmur! Koronavirusun “Delta” ştammı təhlükəlidir. Ölkələrimizdə yoluxmuş insanların sayını ikiyə, Hindistanda isə 10-a vurmaq lazımdır. Dərs ilinin başlanmasını təxirə salmaq, “Delta”nın azalmasını gözləmək lazımdır. Bu, sentyabrın sonu və ya oktyabrın əvvəlində baş verəcək. Bundan sonra təhlükəli müddət daha iki həftə davam edəcək. Beləliklə, heç bir halda 1 noyabrdan əvvəl əyani təhsilə başlamaq olmaz, ancaq distant təhsilə heç bir şey mane olmur” (oxu.az).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO