Əhalinin neçə faizi pensiya alır?

Hazırda oxunan: Əhalinin neçə faizi pensiya alır?

33561

2021-ci il iyulun 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1214,1 min (ötən ilin iyulun 1-i vəziyyətinə 1257,4 min) pensiyaçı qeydiyyatda olub ki, bu da ölkə əhalisinin 12,1 faizini təşkil edir.

Bizim.Media xəbər verir ki, bu barədə dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, onların 58,8 faizi yaşa, 29,5 faizi əlilliyə, 11,7 faizi isə ailə başçısını itirməyə görə pensiya alır.
 

MÖVZU İLƏ BAĞLI:

Avqust ayı üzrə pensiyaların ödənişi başa çatdırıldı - RƏSMİ


Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,4 faiz, cari ilin əvvəli ilə müqayisədə isə 8,8 faiz artaraq, 328,8 manat təşkil etmiş və orta aylıq əmək haqqının 45,4 faizinə bərabər olub.

Ölkədə pensiyaçıların sosial müdafiəsini daha da gücləndirmək məqsədilə “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 5 fevral tarixli 2491 nömrəli Sərəncamı ilə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 2021-ci ilin 1 yanvar tarixindən bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək artırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO