Türkiyədə hərbi helikopter qəzaya uğradı: Bir general-mayor, dörd əsgər şəhid oldu - VİDEO

Türkiyədə hərbi helikopter qəzaya uğradı: Bir general-mayor, dörd əsgər şəhid oldu - VİDEO

Hazırda oxunan: Türkiyədə hərbi helikopter qəzaya uğradı: Bir general-mayor, dörd əsgər şəhid oldu - VİDEO
224404
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyənin Isparta bölgəsində hərbi helikopter qəzaya uğrayıb.

Bizim.Media "Haber Global" telekanalına istinadən xəbər verir ki, bu barədə informasiyanı Milli Müdafiə Nazirliyi yayıb.

Məlumata görə, Ordu Aviasiya Məktəbinə məxsus hərbi helikopter Keçiborlu rayon mərkəzində yanacaqdoldurma məntəqəsinin yanına düşüb.

Nazirliyin açıqlamasına görə, hadisə nəticəsində 5 əsgər şəhid olub.

"Ispartada təlim uçuşu həyata keçirən "UH-1" tipli helikopterlərimizdən biri qəzaya uğrayıb və 5 personalımız şəhid olub, biri isə ağır yaralanıb. Yaralı personalımız dərhal xəstəxanaya çatdırılıb və müalicəsinə başlanılıb. Şəhidlərimizə Allahdan rəhmət, ailələrinə və Türkiyə Silahlı Qüvvələrimizə başsağlığı verir, yaralanan personalımıza da tezliklə şəfa diləyirik", - deyə açıqlamada bildirilib.

Isparta valisi Abdullah Erinin məlumatına görə, təlim uçuşu zamanı qəzaya uğrayan helikopterdə ölənlərdən biri aviasiya məktəbinin komandiri - general-mayor olub.

"Ordu Aviasiya Məktəbimizim komandiri paşamız da şəhid oldu", - deyə o bildirib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO