Təkcə gözəlləşdirmir, həm də xəstəliklərdən qoruyur – Kəlağayı haqqında bilmədiklərimiz... - Foto

Təkcə gözəlləşdirmir, həm də xəstəliklərdən qoruyur – Kəlağayı haqqında bilmədiklərimiz... - Foto

Hazırda oxunan: Təkcə gözəlləşdirmir, həm də xəstəliklərdən qoruyur – Kəlağayı haqqında bilmədiklərimiz... - Foto
649858
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Milli-mənəvi irsimizin nadir incilərindən olan kəlağayı bu dəfə tələbələrin təşəbbüsü ilə xatırlandı. Azərbaycan Milli QHT Forumunda “Azərbaycan Kəlağayısı Günü”nə həsr olunmuş  “İPƏK İRSİMİZ - KƏLAĞAYI” adlı maarifləndirici və mədəni tədbir Mirzə Ələkbər Sabir Fondunun təşkilatçılığı ilə baş tutdu.

Tədbirdə ölkənin fəal gəncləri, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri,  BDU-nun Biologiya fakültəsinin tələbələrdən ibarət “Xarıbülbül” klubunun  üzvləri iştirak etdilər.

Görüşün proqramı çərçivəsində iştirakçılara ənənəvi kəlağayı sənətinin incəliklərini və qədim hazırlanma texnologiyasını əks film nümayiş etdirildi.  Eyni zamanda, tədbir iştirakçıları üçün qədim  kəlağayı nümunələri , kəlağayının ərsəyə gəlməsində istifadə olunan tarixi taxta qəliblər (möhürlər) və təbii xam ipək saplardan ibarət əyani sərgi təqdim olundu. Bu ekspozisiya əsrlər boyu formalaşmış basmanaxış texnikasını yaxından görmək və sənətkarlıq prosesini əyani şəkildə nümayiş etdirir.

Kələğayını sadəcə sevmək kifayət deyil, onu həm də daşımaq lazımdır

Tədbirdə çıxış edən Mirzə Ələkbər Sabir Fondunun rəhbəri Sevda Tahirli kəlağayının Azərbaycan xalqının mədəni yaddaşındakı yeri, onun daşıdığı dərin fəlsəfi və mənəvi dəyərlərindən bəhs etdi.  

Bildirdi ki, kəlağayı sadəcə baş örtüyü deyil, həm də qadın ləyaqətinin, saflığın, ailə dəyərlərinin və milli kimliyimizin rəmzidir.

“Milli dəyərlər bir xalqı digərindən, bir milləti başqasından fərqləndirən əsas xüsusiyyətlərdir. Onlar eyni zamanda cəmiyyətdə insanların münasibətlərini və davranışlarını tənzimləyən mənəvi meyarlardır. Kəlağayı timsalında digər milli dəyərlərimiz də həyatımızın əsas mənəvi dayaqlarından birinə çevrilməlidir. Biz bu gün məhz buna çalışırıq, bunun təbliği üçün səy göstəririk. Kələğayını sadəcə sevdiyimizi söyləmək kifayət deyil, onları yaşatmaq və gündəlik həyatımızda daşımaq lazımdır”.

Tədbirdə çıxış edən “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədri Güllü Alıyeva isə qeyd etdi ki, kəlağayı özlüyündə ayrıca bir sənət əsəridir. Onun hər iki üzü eyni görünüşə malik olmalı, naxış və rənglər hər iki tərəfdən eyni şəkildə əks olunmalıdır. Bu da sənətin nə qədər böyük ustalıq və zəhmət tələb etdiyini göstərir.

Kəlağayı qadınları hansı xəstəliklərdən qoruyur?

“Kəlağayının yalnız estetik deyil, həm də praktik xüsusiyyətləri var. Təbii ipəkdən hazırlandığı üçün yayda insanı istidən, qışda soyuqdan qoruyur. Bundan başqa təzyiq, duzlaşma və digər baş-boyun xəstəliklərindən qoruyur.  Yəni bu unikal əl işi insanların gündəlik həyatında öz yerini qoruyub.

Tədbirdə həmçinin gənclər və tələbələr öz təəssüratlarını bölüşdü. Qeyd edək ki, Azərbaycan kəlağayısı 2014-cü ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. Bu baxımdan, 26 noyabr simvolik olaraq Kəlağayı Günü kimi qeyd edilir.

Təkcə gözəlləşdirmir, həm də xəstəliklərdən qoruyur – Kəlağayı haqqında bilmədiklərimiz... - Foto - foto 1

Təkcə gözəlləşdirmir, həm də xəstəliklərdən qoruyur – Kəlağayı haqqında bilmədiklərimiz... - Foto - foto 2

Təkcə gözəlləşdirmir, həm də xəstəliklərdən qoruyur – Kəlağayı haqqında bilmədiklərimiz... - Foto - foto 3

Təkcə gözəlləşdirmir, həm də xəstəliklərdən qoruyur – Kəlağayı haqqında bilmədiklərimiz... - Foto - foto 4

Təkcə gözəlləşdirmir, həm də xəstəliklərdən qoruyur – Kəlağayı haqqında bilmədiklərimiz... - Foto - foto 5

Təkcə gözəlləşdirmir, həm də xəstəliklərdən qoruyur – Kəlağayı haqqında bilmədiklərimiz... - Foto - foto 6

Təkcə gözəlləşdirmir, həm də xəstəliklərdən qoruyur – Kəlağayı haqqında bilmədiklərimiz... - Foto - foto 7

Təkcə gözəlləşdirmir, həm də xəstəliklərdən qoruyur – Kəlağayı haqqında bilmədiklərimiz... - Foto - foto 8

Təkcə gözəlləşdirmir, həm də xəstəliklərdən qoruyur – Kəlağayı haqqında bilmədiklərimiz... - Foto - foto 9

Təkcə gözəlləşdirmir, həm də xəstəliklərdən qoruyur – Kəlağayı haqqında bilmədiklərimiz... - Foto - foto 10

Təkcə gözəlləşdirmir, həm də xəstəliklərdən qoruyur – Kəlağayı haqqında bilmədiklərimiz... - Foto - foto 11

Şəfiqə Şəfa, Tural Xəlil, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO