
- A-
- A
- A+
Ruhəngiz Musəvi: “Mənə qarğış edən insanı necə bağışlayım?” - VİDEO
“Mən xasiyyətcə yumşaq insanam. Dəyməyənə dəymərəm. Amma mənə elə möhkəm dəyiblər ki, ömürlük barışmaram”.
Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Ruhəngiz Musəvi qonaq olduğu “İncə səhər” verilişində deyib.
Ruhəngiz şou-biznesdə küsülü olduğu şəxsdən söz açıb. Müğənni bildirib ki, ona qarğış edən həmin məşhuru heç zaman bağışlamayacaq:
“Bir insan ki, illərdir tanıdığı insana qarğış edə, onu necə bağışlamaq olar? Özü də mənim kimi insanı, ürəyimin necə olduğunu bilirlər”.
Qeyd edək ki, bir müddət əvvəl R.Musəvi ilə həmkarı Əməkdar artist Kəmalə Rəhimova arasında qalmaqal yaşanmışdı. Qarşı tərəf, yəni Kəmalə Ruhəngizə qarğış etmişdi. Qalmaqala səbəb isə illər əvvəl Ruhəngizə dediyi bir sirri aparcılardan birinə danışması olub.
Rəşad Əliyev, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































