Krediti kreditlə bağlamaq: Çıxış yolu, yoxsa...

Krediti kreditlə bağlamaq: Çıxış yolu, yoxsa...

Hazırda oxunan: Krediti kreditlə bağlamaq: Çıxış yolu, yoxsa...

614726

Son vaxtlar krediti kreditlə bağlayan vətəndaşların sayı artmaqdadır. Bu proses vətəndaşın maliyyə vəziyyətini yaxşılaşdırmaq əvəzinə, əksər hallarda borc yükünün daha da artmasına səbəb olur.

Belə hallarda əsas sual ortaya çıxır: İtirən kimdir - vətəndaş, yoxsa bank?

Bizim.Media xəbər verir ki, iqtisadçı Əkrəm Həsənov “Qaynarinfo.az”a açıqlamasında bildirib ki, krediti yeni kreditlə bağlayan zaman həmişə itirən kredit götürən şəxs olur:

"Amma son nəticədə bank da itirə bilər. Çünki kreditlə kredit bağlanırsa, bu o deməkdir ki, vətəndaşın sabit gəliri yoxdur. Əgər qısamüddətli problem varsa, əksər hallarda banklar kreditin bağlanması üçün yeni kredit vermirlər. Bu isə şəxsin maliyyə vəziyyətinin çətin olduğunu göstərir və bəzən özünü doğruldur".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO