Dollarla bağlı kritik vəziyyət: Əvvəl ucuzlaşacaq, sonra...

Dollarla bağlı kritik vəziyyət: Əvvəl ucuzlaşacaq, sonra...

Hazırda oxunan: Dollarla bağlı kritik vəziyyət: Əvvəl ucuzlaşacaq, sonra...

612146

İranla münaqişənin başa çatacağına dair gözləntilər ABŞ dollarının məzənnəsinin müharibədən əvvəlki səviyyəyə enməsinə səbəb olub. Hazırda qlobal bazarlarda əsas müzakirə mövzularından biri də qarşıdurmanın bitəcəyi və Hörmüz boğazının yenidən açılacağı təqdirdə dolların taleyinin necə olacağıdır.

Dollarla bağlı hansı dəyişikliklər gözlənilir?

Bizim.Media
 xəbər verir ki, iqtisadçı Eyyub Kərimli “Globalinfo.az”a açıqlamasında münaqişə fonunda ABŞ dollarının ucuzlaşdığını bildirib.
 

“Belə ki, neft qiymətlərinin bahalaşması dolların zəifləməsinə təsir edir. Eyni zamanda, müharibə səbəbindən Amerika iqtisadiyyatında müəyyən gərginlik yaranır və bu amillər ABŞ iqtisadiyyatına mənfi təsir göstərir. Nəticədə, birjalarda investorlar daha ehtiyatlı davranmağa başlayırlar”, - o deyib.


E.Kərimlinin sözlərinə görə, münaqişə davam edərsə, dolların ucuzlaşması da müəyyən müddət davam edə bilər:

“Lakin qarşıdurma başa çatdıqdan sonra dolların yenidən əvvəlki səviyyəsinə qayıtması mümkündür. Bunun üçün isə müəyyən zaman tələb olunacaq. Hazırda bütün proseslər münaqişənin nə qədər davam edəcəyindən və hansı formada həll ediləcəyindən asılıdır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO