Azərbaycanda ən yüksək və ən aşağı maaş olan rayonlar – SİYAHI

Azərbaycanda ən yüksək və ən aşağı maaş olan rayonlar – SİYAHI

Hazırda oxunan: Azərbaycanda ən yüksək və ən aşağı maaş olan rayonlar – SİYAHI
253790
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanın rayon və şəhərləri üzrə 2025-ci il aprel ayının 1-nə olan orta aylıq nominal əmək haqqı üzrə göstəriciləri məlum olub.

Bizim.Media “trend.az”ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, Azərbaycanda ən yüksək əməkhaqqı Xankəndi şəhərindədir.

Bu şəhərdə orta aylıq nominal əməkhaqqı 1 485,6 manat təşkil edir.
 

Ölkə üzrə ən aşağı əməkhaqqı isə Qax rayonundadır. Belə ki, bu rayonun sakinlərinin orta aylıq nominal əməkhaqqı 570,3 manatdır.


2025-ci ilin aprelin 1-nə olan məlumata əsasən, Azərbaycanın rayon və şəhərlərində orta aylıq əməkhaqqı siyahısını təqdim edirik:

Qeyd edək ki, 2025-ci ilin yanvar-mart aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 10 faiz artaraq 1 083,8 manat təşkil edib. Əməkhaqqı neft-qaz sektorunda 4 171,8 manat, qeyri neft-qaz sektorunda 1 025,7 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 1 053,1 manat, özəl müəssisələrdə isə 1 115,6 manat olub.

Azərbaycanda ən yüksək və ən aşağı maaş olan rayonlar – SİYAHI - foto 1
Azərbaycanda ən yüksək və ən aşağı maaş olan rayonlar – SİYAHI - foto 2
Azərbaycanda ən yüksək və ən aşağı maaş olan rayonlar – SİYAHI - foto 3
Azərbaycanda ən yüksək və ən aşağı maaş olan rayonlar – SİYAHI - foto 4
Azərbaycanda ən yüksək və ən aşağı maaş olan rayonlar – SİYAHI - foto 5

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO