“Azərbaycan” Ro-Pax tipli gəmi ilk səfərinə hazırlaşır - FOTO

Hazırda oxunan: “Azərbaycan” Ro-Pax tipli gəmi ilk səfərinə hazırlaşır - FOTO

20349

Azərbaycanda inşa edilən “Ro-Pax” tipli gəmi ilk səfərini Bakı Limanından gerçəkləşdirəcək.

Bizim.Media xəbər verir ki, bunu "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin mətbuat katibi Elmar Həbibli deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Milli Qəhrəmanın adını daşıyan gəmi təmir olundu


​​​​​​​Onun sözlərinə görə, hazırda Bakı Limanında gəminin yüklənməsi prosesi operativ şəkildə həyata keçirilir:

"İlk səfərini Qazaxıstanın Kurık limanına edəcək gəmi vasitəsilə 40 ağırtonnajlı avtomobil (TIR), 19 minik maşını, 43-ü TIR sürücüsü olmaqla, 47 sərnişinin daşınması planlaşdırılır. Yaxın saatlarda gəminin Bakı Limanından yola salınması planlaşdırılır".

Qeyd edək ki, “Ro-Pax” tipli gəmi ilə həm yükdaşıma, həm də sərnişindaşıma həyata keçirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO