SOCAR prezidenti Böyük Britaniyanın rəsmiləri ilə əməkdaşlıq məsələlərini müzakirə edib - FOTO

SOCAR prezidenti Böyük Britaniyanın rəsmiləri ilə əməkdaşlıq məsələlərini müzakirə edib - FOTO

Hazırda oxunan: SOCAR prezidenti Böyük Britaniyanın rəsmiləri ilə əməkdaşlıq məsələlərini müzakirə edib - FOTO
188680
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Böyük Britaniyanın ölkəmizdəki səfiri Fergus Ould və Birləşmiş Kırallığın İxrac Maliyyəsi Departamentinin (UKEF) qlobal mənşə üzrə həmsədri Emma Tomas ilə görüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə SOCAR-ın məlumatında qeyd edilib.

Məlumata görə, görüşdə ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin müxtəlif sahələrdə, o cümlədən enerji sektorunda uğurla davam etdirildiyi bildirilib. Böyük Britaniya şirkətlərinin Azərbaycandakı uzunmüddətli və səmərəli fəaliyyəti qeyd edilib. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən qlobal enerji layihələrinin regionun, o cümlədən Avropanın enerji təhlükəsizliyindəki mühüm rolundan bəhs olunub.

Söhbət zamanı SOCAR-ın Azərbaycanda və müxtəlif ölkələrdə həyata keçirdiyi layihələr, neft-qaz şirkətindən beynəlxalq enerji şirkətinə transformasiyası, 2035-ci ilədək Korporativ Strategiyasında müəyyənləşdirilən digər strateji hədəfləri barədə məlumat verilib.
Görüş çərçivəsində bərpaolunan enerji, ədalətli enerji keçidi, dekarbonizasiya, “Xalis sıfır”, rəqəmsallaşma və insan kapitalının inkişafı istiqamətlərində görülən işlər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

SOCAR prezidenti Böyük Britaniyanın rəsmiləri ilə əməkdaşlıq məsələlərini müzakirə edib - FOTO - foto 1
SOCAR prezidenti Böyük Britaniyanın rəsmiləri ilə əməkdaşlıq məsələlərini müzakirə edib - FOTO - foto 2

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO