Ötən il Azərbaycanda illik inflyasiya 8,8 % OLUB 

Ötən il Azərbaycanda illik inflyasiya 8,8 % OLUB 

Hazırda oxunan: Ötən il Azərbaycanda illik inflyasiya 8,8 % OLUB 

183165

Azərbaycanda inflyasiya 2023-cü ilin I rübündən sonra azalmağa başlamışdır. Dövlət Statistika Komitəsinin məlumatına əsasən 2023-cü ilin sonunda 12 aylıq inflyasiya 2,1% təşkil etməklə hədəf (4±2%) diapazonunun aşağı hissəsində formalaşıb. 

Bizim.Media bu barədə Nazirlər Kabinetinin Antiinflyasiya tədbirləri və onun iqtisadi nəticələrinə dair Xüsusi Bülleteninə istinadən xəbər verir.

Məlumata görə, 2023-cü ildə orta illik inflyasiya birrəqəmli səviyyədə 8,8% olub.

Tənzimlənən qiymətlərin, həmçinin mövsümi xarakterli məhsulların qiymət dəyişimi nəzərə alınmadan hesablanan baza inflyasiyasının tempi də azalaraq dekabrda 2,3% olub, inflyasiyanın bütün komponentləri üzrə azalma müşahidə edilib.
Ümumilikdə, 2023-cü ilin dekabrında illik inflyasiya ərzaq məhsulları üzrə 0,8%, qeyri-ərzaq məhsulları üzrə 2,7%, xidmətlər üzrə isə 3,7% təşkil edib. İnflyasiyanın makroiqtisadi və maliyyə sabitliyi üçün xələl gətirməyən həddə qorunması məqsədilə zəruri tədbirlər növbəti ildə də davam etdiriləcəkdir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO