Azərbaycanda illik inflyasiya AZALIB 

Azərbaycanda illik inflyasiya AZALIB 

Hazırda oxunan: Azərbaycanda illik inflyasiya AZALIB 

169877

“Azərbaycanda illik inflyasiya tempi gözləniləndən daha sürətlə azalıb”. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı faiz dəhlizinin parametrlərində öz əksini tapıb. 

Bildirilib ki, 2023-cü ilin noyabrında 12 aylıq inflyasiya 2.6% təşkil edib: 

“Artıq 3-cü aydır ki, illik inflyasiya hədəf daxilində formalaşır. Qiymətlərin aylıq dinamikasında da ötən illə müqayisədə azalma davam edir. Noyabrda deflyasiya müşahidə olunmuş, dövrə qeyri-xarakterik olaraq istehlakçı qiymətlər indeksi 0.2% azalıb.  

İllik inflyasiya xarici və daxili amillərin təsirləri ilə azalıb. Xarici mənşəli inflyasiyanın səngiməsi əsasən qlobal iqtisadi aktivliyin azalması və əksər ölkələrdə həyata keçirilən sərt pul siyasəti nəticəsində baş verib. 

Qlobal əmtəə, xüsusilə də enerji və ərzaq qiymətlərində azalmanın davam etməsi ölkəyə inflyasiya idxalını azaldıb”. 

“Valyuta bazarında tarazlığın qorunduğu şəraitdə manatın nominal effektiv məzənnəsinin 2023-cü ilin 11 ayında 19.5% möhkəmlənməsi idxal inflyasiyasının azalmasında mühüm rol oynayıb”, - məlumatda bildirilib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO