Bakıda bu evlərin qiyməti ucuzlaşdı - VİDEO 

Bakıda bu evlərin qiyməti ucuzlaşdı - VİDEO 

Hazırda oxunan: Bakıda bu evlərin qiyməti ucuzlaşdı - VİDEO 
167640
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Elan saytlarında qiyməti 500 min manat civarında olan evlər görmək mümkündür. 

Ekspertlər deyirlər ki, fərdi yaşayış evlərinin, bağ evlərinin yüksək qiymətlərə təklif olunmasına səbəb adətən həm tikintisində istifadə olunan materiallar, həm də yerləşdiyi ərazi olur. 

Belə qiymətləri xüsusilə dənizə yaxın yerləşən villalarda görmək mümkündür ki, bu da qiymətlərin mövsümi olaraq dəyişməsinə səbəb olur. 

Bizim.Media xəbər verir ki, əmlak eksperti Ramil Osmanlı "Xəzər Xəbər"ə bildirib ki, sözügdən əmlak növü yayda sahiblərinə daha çox gəlir gətirdiyindən qiymətləri də 50 min manata yaxın artır. Hətta əmlakın dəyərinə görə bu rəqəm daha çox ola bilir. 

O qeyd edib ki, dənizə yaxın olmasa da, şəhərin mərkəzi küçələrində də kifayət qədər böyük qiymətə təklif olunan fərdi yaşayış evləri var. Lakin fantastik görünsə də, onların qiyməti ötən dövrlə müqayisədə indi daha ucuz təklif olunur. 
Ekspert əlavə edib ki, qiymət artımının olduğu dönəmdə sahibləri bahalı əmlaklarını sata bilmədiklərindən indi nisbətən aşağı məbləğə təklif edirlər. Ümumilikdə isə əmlak bazarında qiymətlər son 2 aydır stabil olaraq qalıb. 
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO